ABŞ
Trampa qarşı sui-qəsd iddiası: Türkiyə kəşfiyyatı nəticəni açıqladı
Başlıq: Türkiyə Trampa qarşı sui-qəsd iddialarına aydınlıq gətirdi
Türkiyə xüsusi xidmət orqanları ABŞ prezidenti Donald Trampın iyulun 7-8-də Ankarada keçirilən NATO sammiti zamanı ona qarşı sui-qəsd hazırlanması ilə bağlı iddiaları təsdiqləməyib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, daha əvvəl "The Wall Street Journal" və bir sıra İsrail KİV-ləri İsrail xüsusi xidmət orqanlarının Trampa qarşı İran tərəfindən Ankarada sui-qəsd hazırlandığı barədə Vaşinqtona məlumat ötürdüyünü yazmışdı.
Məlumata görə, eyni informasiya Türkiyə xüsusi xidmət orqanlarına da təqdim edilib. Lakin aparılan araşdırmalardan sonra Türkiyə tərəfi Trampa qarşı hər hansı sui-qəsd hazırlığına dair əlamət aşkarlamadığı qənaətinə gəlib.
Bununla belə, İsrailin təqdim etdiyi məlumat ABŞ xüsusi xidmət orqanlarını əlavə təhlükəsizlik tədbirləri görməyə vadar edib. Bildirilir ki, məhz bu səbəbdən Trampın Türkiyədən ayrılarkən istifadə edəcəyi təyyarə dəyişdirilib.
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı















.png)



.jpg)







.jpg)









