ABŞ
Trampın İrandakı yeni hədəfi - Video
İrana qarşı hərbi əməliyyatların yenidən başladığı bu günlərdə ABŞ Prezidenti Donald Trampın verdiyi çoxsaylı açıqlamalar içərisində biri xüsusi diqqət çəkib və mediada müxtəlif şərhlərə səbəb olub, o cümlədən İran dövlət televiziyası bu mövzuda geniş ekspert müzakirəsi təşkil edib.
Publika.az xəbər verir ki, "Azad İran" "Youtube" kanalı bu barədə video yayıb.
Bildirilir ki, söhbət İranın Külüng dağı adlanan bölgəsində, Natanz nüvə kompleksindən cənubda yerləşən nüvə obyektinə zərbələr endirilməsindən gedir.
"Biz Külüng dağını məhv edəcəyik. İranlılara deyin, hazır olsunlar!" - deyə Tramp bəyan edib.
Məşhur aparıcı Hyu Hyuitt Trampdan soruşub: "Siz İranın üç nüvə obyektini məhv etmisiniz. Lakin ola bilər ki, onların Külüng dağında dördüncü nüvə obyekti də olsun. Yeni bir razılaşmaya getməzdən əvvəl, Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin həmin dərin tunelə daxil olub İranın orada nə ilə məşğul olduğunu yoxlamasında israr edəcəksinizmi?"
"Biz oraya hava qüvvələrimiz vasitəsilə nəzarət edirik. Bizim çoxlu müşahidə imkanlarımız var. Külüng dağı güclü və böyük bir hücum üçün potensial hədəfdir. Düşünürəm, siz bunu görəcəksiniz. Bu hədəf çox ağır bir zərbə ilə, birbaşa əsas girişdən vurula bilər", - ABŞ prezidentinin bu suala cavabı belə olub.
Aparıcının qeyd etdiyi üç nüvə obyekti ötən il 12 günlük müharibə zamanı ABŞ-nin bombaladığı İsfahan, Natanz və Fordo obyektləridir, hərçənd onların tam məhv edilib-edilmədiyi mübahisə mövzusudur. İndi məlum olur ki, İranın nəinki xaricdə, hətta ölkənin özündə də çoxlarının adını belə eşitmədiyi sirli və daha böyük dərinlikdə yerləşən nüvə təsisatı varmış.
-
Region08:24İstanbuldan Moskvaya uçan təyyarə geri döndü
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI













.jpg)

.jpg)
















.jpg)



