ABŞ
ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırdı - Yeniləndi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeddinci gecə hücumları dalğasının başa çatdığını bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.
ABŞ qüvvələri qırıcı təyyarələrdən, pilotsuz uçuş aparatlarından, hərbi gəmilərdən və digər vasitələrdən istifadə edərək müşahidə obyektlərinə, hərbi logistika infrastrukturuna, yeraltı silah anbarlarına və dəniz hədəflərinə zərbələr endirib.
***
ABŞ hərbçiləri İrana qarşı növbəti zərbə dalğasına başlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, CENTCOM bu gün ABŞ-ın şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 23:00-da - red.) İrana qarşı yeni zərbə mərhələsinə başlayıb.
Komandanlıq bildirib ki, ABŞ-ın İranın dəniz blokadasını iyulun 14-də bərpa etməsindən sonra istiqamətini dəyişdirdiyi gəmilərin sayı dördə çatıb. Blokadanın bərpasından sonrakı ilk üç gün ərzində ABŞ hərbçiləri dörd kommersiya gəmisinin istiqamətini dəyişdirib, bir gəmini sıradan çıxarıb və blokadanın tələblərinə əməl olunmasını təmin etmək üçün bir gəminin göyərtəsinə çıxıb.
Qeyd edək ki, hücumlar artıq yeddinci gecə ardıcıl davam edir. Zərbələrin məqsədi İranın hərbi potensialını daha da zəiflətməkdir.
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















