ABŞ
İyulun 24-də Trampa sui-qəsd planlaşdırılır? - Təhlükəsizlik tədbirləri gücləndirildi
Yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik tədbirləri gücləndiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, ABŞ Prezidentinə qarşı bundan əvvəlki tədbirdə baş verən sui-qəsd cəhdindən sonra Ağ Ev jurnalistlər üçün təşkil olanacaq növbəti şam yeməyi tədbirində təhlükəsizlik tədbirlərini kəskin şəkildə artırılacaq.
Məqalədə qeyd edilib ki, sözügedən şam yeməyi iyulun 24-də "Waldorf Astoria" otelində keçiriləcək. Tədbir adi çap vərəqlərindən ibarət olan buraxılış vərəqələri olmadan və demək olar ki, izdihamsız təşkil olunacaq.
Məqalə müəllifi qeyd edib ki, məkan da təsadüfən seçilməyib. Otelin bal zalı cəmi 1000 nəfəri qəbul edə bilir. Əvvəlki rədbir məkanı isə "Washington Hilton" idi. Burada təxminən 4000 nəfər toplaşa bilirdi. Məqalədə deyilir ki, bu qərar təhlükəsizlik işçilərinin üzərinə düşən yükü azaldacaq.
Xatırladaq ki, aprelin 25-də Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunun keçirildiyi Vaşinqton Hilton Otelində Trampa qarşı sui-qəsd cəhdi olmuşdu. Naməlum şəxs zala daxil ola bilməsə də atəş açıb. Amerika lideri və o zaman oteldə olan bütün ABŞ administrasiyasının rəsmiləri təxliyə edilib və hücum edən şəxs saxlanılmışdı. Daha sonra məlum olub ki, təqsirləndirilən şəxs Kol Tomas Allen adlı şəxs ABŞ administrasiyasının siyasətindən narazı imiş. O, Ağ Evi təkcə İrandakı müharibəyə görə deyil, həm də Ukraynaya yardımı dayandırdığına görə tənqid edib.
Müəllif: Tural
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?












.png)





.jpg)



.jpg)
















