ABŞ
Tramp İrandakı itkiləri Əfqanıstan və Vyetnamla müqayisə etdi
ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə Konqresin Demokratlar Partiyasından olan bir neçə üzvünə maraqlı müqayisə ilə cavab verib.
Publika.az xəbər verir ki, konqresmenlər onu İranın zərbələri zamanı ABŞ-ın hərbi itkilər verməsində ittiham ediblər. Tramp isə cavab olaraq İranda başlatdığı müharibəni müdafiə edib. Ağ Ev rəhbəri müsahibəsində son müharibədəki itkiləri Vyetnam və Əfqanıstanda başladılan hərbi kampaniyalarla da müqayisə edib.
Nəşr cümə günü İordaniyadakı Müvəffəq Salti Hava Bazasına edilən hücumu xatırladıb. Hücum nəticəsində iki ABŞ hərbçisi həlak olub, bir nəfər itkin düşüb və ən azı dörd hərbçi yaralanıb.
"Siz heç Vyetnamda neçə nəfərin öldüyünü soruşmusunuzmu? Heç soruşmusunuzmu ki, Əfqanıstanda bir gündə neçə nəfər ölürdü? Bir gündə və yuxulu Co Baydenin rəhbərliyi altında...", - deyə Tramp bildirib.
O, İordaniyadakı əsgərlərin ölümünü kədərli bir hadisə adlandırıb.
Müəllif: Tural
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi












.png)





.jpg)


.jpg)
















