ABŞ
ABŞ-dan İrana ardıcıl doqquzuncu gecə hücumları dalğası
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. "Mərkəzi Komandanlıq ardıcıl doqquzuncu axşam İrana qarşı zərbələrin endirilməsini başa çatdırıb", - deyə məlumatda vurğulanıb.
Komandanlığın açıqlamasına görə, zərbələr nəticəsində idarəetmə mərkəzləri, sahil müşahidə obyektləri, hava hücumundan müdafiə vasitələri, hərbi dəniz qüvvələrinin obyektləri, raket və dronların yerləşdiyi məntəqələr hədəfə alınıb.
***
ABŞ hərbi qüvvələri İrandakı hədəflərə qarşı yeni zərbələr endirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilib ki, bu gün ABŞ-ın Şərq sahili vaxtı ilə saat 19:00-da (Bakı vaxtı ilə 03:00 - red) CENTCOM İrana qarşı yeni zərbə dalğasının endirilməsinə başlayıb.
Bu, artıq ardıcıl doqquzuncu gecədir.
ABŞ Hörmüz boğazında kommersiya gəmilərinə qarşı hücumlar üçün istifadə etdiyi İranın hərbi potensialını daha da zəiflətməyi hədəfləyir.
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
Magazin206:16Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin












.jpg)

















.jpg)



