ABŞ
6000-dən çox insan "partlayıcı" ishala yoluxdu
ABŞ-ın Miçiqan ştatında "partlayıcı" ishala səbəb olan infeksiyaya yoluxanların sayı 6,5 min nəfəri ötüb.
Publika.az xəbər verir ki, bu, Miçiqanın Səhiyyə və Sosial Xidmətlər Departamenti məlumat yayıb.
"Yoluxma hallarının ümumi sayı: 6571", - deyə məlumatda bildirilir.
Bundan əvvəl "Washington Post" qəzeti yazmışdı ki, sanitar orqanlar "Taco Bell" restoranlar şəbəkəsinin "partlayıcı" ishala səbəb olan parazitar infeksiya – siklosporozun yayılmasında əlaqəsini araşdırırlar.
Siklosporoz adətən həyat üçün təhlükə yaratmır və antibiotiklərlə müalicə olunur. Xəstəliyin alovlanması daha çox yaz və yay aylarında baş verir. Törətdiyi xəstəlik paraziti ehtiva edən su ilə yuyulmuş və ya işlənmiş çirkli təzə tərəvəz və meyvələr vasitəsilə yayılır. Mütəxəssislər qeyd edirlər ki, son illərdə ABŞ-da siklosporoz halları artır və bunu iqlim dəyişikliyi və diaqnostika üsullarının təkmilləşdirilməsi ilə əlaqələndirirlər. Bu il ABŞ-da xəstələnlərin sayı artıq 2025-ci ilin göstəricilərini dörd dəfə üstələyir. Eyni zamanda, parazitin mutasiyaya uğraması və ya onun yüksək yoluxuculuğu barədə təsdiqlənmiş məlumatlar hələ ki yoxdur.
Hüseyn İbadlı
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















