ABŞ
Maduro hakim qarşısına çıxarılır - Tarixi açıqlandı
Narkoterrorizmdə, silah qaçaqmalçılığında və narkotik ticarətində ittiham olunan Venesuela Prezidenti Nikolas Maduronun işi üzrə dinləmələr iyulun 22-də Nyu-York məhkəməsində keçiriləcək.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Əvvəlcə məhkəmə iclasının iyunun 30-da keçirilməsi planlaşdırılmışdı. Lakin iyunun 16-da prokurorluq onun üç həftə sonraya təxirə salınması üçün vəsatət qaldırıb. Prokuror Cey Kleyton təxirə salınma xahişini planlaşdırma və logistika məsələlərinin həlli, eləcə də təhlükəsizliyin təmin edilməsi ilə izah edib.
Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Alvin Hellerstayn prokurorluğun vəsatəti ilə razılaşıb.
Xatırladaq ki, yanvarın 3-də ABŞ Silahlı Qüvvələri Venesuelada əməliyyat keçirib; həmin əməliyyat zamanı prezident və həyat yoldaşı "Delta" xüsusi təyinatlı dəstəsi tərəfindən ələ keçirilərək Birləşmiş Ştatlara aparılıb və orada onlara qarşı ittihamlar irəli sürülüb.
Hüseyn İbadlı
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















