ABŞ
Rusiyanın bu tələbinə ABŞ-dan cavab gəldi: Satacağıq
ABŞ-ın Ukraynaya silah satışı siyasəti dəyişməyib.
Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Rusiyanın Kiyevi silahlandırmağı dayandırmaq tələbinə cavab olaraq bildirib.
Rubio Manilada jurnalistlərlə söhbəti zamanı deyib: "Biz PURL vasitəsilə silah satırıq, bu, bizim NATO təşəbbüsümüzdür və biz də məhz bu işdə iştirak edirik".
PURL (Ukraynanın Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində Avropa ölkələri sonradan Ukraynaya çatdırılmaq üçün ABŞ-dan silah alırlar.
İyulun 23-də Rusiya xarici işlər naziri Sergey Lavrov və Rubio Manilada görüşüblər. Görüş 35 dəqiqə davam edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Lavrov Rubioya təmas xətti boyunca vəziyyət barədə məlumat verib və Ukraynaya əlavə silah tədarükünün qəbuledilməz olduğunu vurğulayıb.
Müəllif: Tural
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək





















.jpg)


















