ABŞ
Trampın təyyarəsi ilə bağlı məlumat sızması: Ağ Ev araşdırmaya başlayıb
Ağ Evin bir neçə əməkdaşı yeni prezident təyyarəsi olan “Air Force One” ilə bağlı məlumat sızmasını araşdırmaq üçün telefonlarını təhvil verib.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp çox qəzəblənib və köməkçilərindən məsələ ilə bağlı müntəzəm olaraq yeniliklər tələb edib.
İyul ayında “The New York Times” (NYT) qəzetinin bir neçə jurnalisti Trampın Qətərdən hədiyyə edilən yeni təyyarəsinin təhlükəsizliyi barədə reportaj hazırladıqdan sonra məhkəməyə çağırış vərəqələri alıb.
9 iyulda NYT “Boeing 747-8” təyyarəsinin əvvəlki təyyarələrlə müqayisədə təhlükəsizlik baxımından çatışmazlıqlara malik olduğunu bildirib.
Xüsusilə, məqalədə raket əleyhinə texnologiya da daxil olmaqla bəzi müasir təhlükəsizlik sistemlərinin çatışmazlığı qeyd edilib.
Məqalə dərc olunmazdan əvvəl redaksiya heyətinə, məlumatın milli təhlükəsizliklə bağlı olduğu üçün dərcini təxirə salmaq üçün yüksək vəzifəli FTB rəsmisindən müraciət daxil olub.
Müəllif: Tural
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















