ABŞ
Bunu etsəydilər, onlar üçün çox pis nəticələri olardı - Tramp Rusiya və Çini hədələdi
Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin İrana silah tədarük etmək planlarının olmadığı barədə ABŞ Prezidenti Donald Trampı əmin ediblər.
Publika.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social"da yazıb.
Onun sözlərinə görə, Pekindəki son görüş zamanı Si Cinpin ona "heç bir halda" İrana silah tədarük etməyəcəyini və ya satmayacağını bildirib və bu öhdəliyin Çin şirkətlərinə də şamil olunduğunu qeyd edib.
Tramp eyni zamanda oxşar təminatları Rusiya Prezidenti Vladimir Putindən də aldığını vurğulayıb.
ABŞ Prezidenti vurğulayıb ki, Birləşmiş Ştatlar silahı birbaşa Ukraynaya satmır, əksinə, onu tam dəyərini ödəyən NATO ölkələrinə tədarük edir:
"Beləliklə, İran kontekstində adı ən çox çəkilən iki ən böyük ölkə, mənim fikrimcə, silah tədarükündə iştirak etmir. Əgər onlar bunu etsəydilər, bunun onlar üçün çox pis nəticələri olardı və əlbəttə ki, onların öz maraqlarına cavab verməzdi".
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















