ABŞ
Tramp Aİ-ni hədələdi - Cərimələri ləğv etməsəniz...
ABŞ Prezidenti Donald Tramp Amerika texnologiya şirkətlərinə tətbiq edilən böyük cərimələrdən sonra Vaşinqtonun Avropa İttifaqının (Aİ) siyasəti ilə bağlı araşdırmaya başlayacağını bildirib.
Publika.az xəbər verir ki, Amerika lideri "Truth Social"da etdiyi paylaşımda Brüsseli yeni rüsumlarla hədələyib.
Tramp iddia edib ki, Aİ əsassız olaraq "Apple"ı 15, "Meta"nı 3, "Amazon"u 2,5, "Google"u isə 1 milyard dollar cərimələyib. O, diqqətə çatdırıb ki, "Google"a tətbiq edilən cərimələrin ümumi məbləği 18 milyard dolları keçib.
"Biz Amerika şirkətlərinin və öz növbəsində, Amerika vergi ödəyicilərinin "soyğunçuluq" təcrübəsi ilə bağlı 301-ci maddəyə uyğun olaraq dərhal araşdırmaya başlayacağıq. Avropa İttifaqı bu qanunsuz və son dərəcə qeyri-etik davranışın nəticəsi ağır olacaq", - Tramp vurğulayıb.
ABŞ lideri onu da əlavə edib ki, Brüssel cərimələri tamamilə ləğv etməlidir, əks halda, Vaşinqton yaxın vaxtlarda Aİ-yə qarşı "əhəmiyyətli idxal rüsumları" tətbiq edəcək.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















