Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr
Bizi izləyin

ABŞ

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın  fərmanından asılıdr

Rusiyada yaranmış yanacaq problemləri ABŞ Prezidenti Donald Trampa müharibəyə son qoymaq üçün Kremlə təzyiq göstərmək istiqamətində əla fürsət yaradır.

Publika.az xəbər verir ki, bu barədə "Atlantic Council"in baş elmi işçisi Cozef Vebsterin "The Hill"dəki köşəsində yazılıb.

Müəllif qeyd edib ki, Ukraynanın Rusiyanın enerji infrastrukturuna qarşı reallaşdırdığı irimiqyaslı PUA hücumları artıq Rusiyada ciddi benzin çatışmazlığına səbəb olub. Onun sözlərinə görə, bu vəziyyət ABŞ Prezidenti Donald Trampa Kremlə təzyiqi artırmaq üçün əla imkanlar yaradıb. Ekspert belə hesab edir ki, Vaşinqton eyni zamanda Ukraynanın yanacaq infrastrukturuna endirdiyi zərbələrini dəstəkləyə və Rusiyaya benzin idxalını məhdudlaşdıra bilər ki, bu da nəticədə Vladimir Putini danışıqlara razılaşmağa məcbur edəcək.

"Rusiyaya benzin idxalı edəcək ölkələrə qarşı sanksiyalar Ukrayna ilə yanaşı İran məsələsində də sülhə gətirib çıxara bilər",-Vebster yazıb.

Analitik onu da qeyd edib ki, Ukraynanın bir neçə aydır ki, aktiv şəkildə davam etdidiyi "dron kampaniyası" iqtisadi cəbhədə vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirib. Uzun müddət idi ki, elitanın məskunlaşdığı Moskva və Sankt-Peterburqdakı sakinlərin əksəriyyəti döyüşlərin demək olar ki, heç bir təsirini hiss etmirdilər. Ekspert yazır ki, indi benzin çatışmazlığı bu situasiyanı dəyişir.

Moskva artıq benzinin, aviasiya və dizel yanacaqalarının ixracını qadağan edib, ölkə daxilində yanacaqdoldurma məntəqələrində isə saatlarla yaranan növbələr və hətta sürücü davaları davam edir. Rusiya yanacaq çatışmazlığını beznini dost ölkələrdən idxal etməklə kompensasiya etməyə çalışır. Məsələn, Belarus məhz bu aralar benzin tədarükünü artırıb. Maraqlıdır ki, Qazaxıstan isə özündə yrandığı defisit səbəbindən ixracı məhdudlaşdırır.

Vebsterin sözlərinə görə, sonrakı proseslərdə həlledici açar rolu məhz Hindistanın üzərinə düşə bilər. Ekspert qeyd edib ki, Rusiya artıq Hindistan neft emalı zavodlarına, xüsusən də Rusiyanın "Rosneft" şirkətinə məxsus "Vadinar" neft emalı zavoduna benzin tədarükü xahişi ilə müraciət edib. Mütəxəssis belə hesab edir ki, ABŞ Nyu-Dehlini bu cür tədarükdən imtina etməyə inandırmaq üçün diplomatik və iqtisadi vasitələrdən istifadə etməli və digər potensial ixracatçılarını da maliyyə sanksiyalarının mümkünlüyü barədə xəbərdar etməlidir.

Tural Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm