ABŞ
ABŞ kəşfiyyatı Müctəba Xamenei ilə bağlı elə bir məlumat əldə etdi ki...
ABŞ kəşfiyyat orqanları hesab edir ki, İranın yeni Ali Lideri Müctəba Xamenei nüvə silahının hazırlanmasında atası, mərhum Ayətullah Əli Xameneidən daha maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məsələ ilə tanış olan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ kəşfiyyatı Müctəba Xameneinin rəhbərliyi altında formalaşan daha mühafizəkar hakimiyyətin nüvə silahı əldə etmək niyyətində olduğunu ehtimal edir. Onların əldə etdiyi məlumata əsasən, İran ötən ilin iyununda ABŞ-ın zərbə endirdiyi nüvə obyektlərindən uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaların bir hissəsini ölkənin mərkəzində yerləşən Pikaks dağındakı möhkəmləndirilmiş yeraltı kompleksə köçürüb. Bu isə Tehranın uranın zənginləşdirilməsi imkanlarını qorumağa çalışmasının göstəricisi kimi qiymətləndirilə bilər. ABŞ rəsmiləri yüksək zənginləşdirilmiş uran ehtiyatı da daxil olmaqla, nüvə proqramının əsas komponentlərinin hələ də İranın nəzarətində qaldığını qeyd edir.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar






















.jpg)















