ABŞ
Trampdan müharibə ilə bağlı ŞOK QƏRAR - İki həftədən sonra...
ABŞ Prezidenti Donald Tramp iyulun 25-nə keçən gecə təxminən iki həftə davam edən İrana qarşı hava zərbələrinin dayandırılması barədə göstəriş verib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Bu addım Oman nümayəndələrinin Tehranda danışıqlar apardığı vaxt atılıb. Mövcud məlumatlara görə, görüş zamanı Hörmüz boğazından gəmiçiliyin mümkün bərpası məsələsində müəyyən nəticələr əldə olunub.
Nəşr vurğulayır ki, iyulun 25-nə yeni hücumlar seriyası ilə bağlı planın hazırlanmasına baxmayaraq, Tramp hərbçilərə bu əməliyyatlardan çəkinməyi əmr edib. "Axios"un fikrincə, bu, administrasiyanın diplomatik tənzimləmə üçün şərait yaratmağa hazır olduğundan, həmçinin mövcud hərbi əməliyyatların miqyasının öz effektivlik həddinə çatmasından xəbər verə bilər.
Nəşr qeyd edir ki, Amerika komandanlığı hücumların miqyasının artırılması ssenarilərini hazırlamağa davam edir.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fevralın 28-də başlayıb. İyun ayında Vaşinqton və Tehran arasında Livan da daxil olmaqla bütün istiqamətlərdə atəşkəs haqqında memorandum imzalanıb. Lakin iyulun 8-də ABŞ İranın Hörmüz boğazında təhlükəsizliklə bağlı əldə olunmuş razılaşmaları pozmasını əsas gətirərək, kütləvi zərbələri bərpa edib.
Hüseyn İbadlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)


.jpg)















