ABŞ
Hərb tarixində görünməmiş əməliyyat - Mürəkkəb plan işə salındı
ABŞ bir neçə min hərbçinin cəlb olunması ilə İranın nüvə obyektlərində hərbi əməliyyat keçirilməsi imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ xüsusi təyinatlıları müvafiq əmr alındığı təqdirdə əməliyyata başlamağa hazırdır. Mənbələr sözü gedən əməliyyatı hərb tarixində potensial olaraq ən mürəkkəb əməliyyatlardan biri adlandırırlar.
Gözlənilir ki, quru əməliyyatına minlərlə hərbi qulluqçu cəlb oluna bilər. Onların əsas vəzifəsi nüvə obyektlərini mühasirəyə almaq və onlara hücum etmək olacaq, bu müddətdə xüsusi təyinatlı qüvvələrin kiçik qrupu zənginləşdirilmiş uran ehtiyatlarının ələ keçirilməsi ilə məşğul olacaq.
Öz növbəsində, "The New York Times" qəzeti vəziyyətlə tanış olan rəsmi şəxslərə istinadla məlumat verib ki, ABŞ xüsusi xidmət orqanları İranın yeni ali lideri Müctəba Xameneyinin nüvə silahının yaradılmasına atasından – Əli Xameneyidən qat-qat çox meyilli olduğunu hesab edirlər.
Hüseyn İbadlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)


.jpg)















