ABŞ
Tramp müharibənin eskalasiyası ideyasından buna görə imtina edib - DETALLAR
ABŞ Prezidenti Donald Tramp İrana qarşı silahlı münaqişənin kəskin şəkildə eskalasiyası ideyasından hələlik imtina edib.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, belə bir qərarın verilməsinin əsas səbəblərindən biri Pentaqonun Yaxın Şərqdə malik olduğu "Patriot" kompleksləri və digər hava hücumundan müdafiə vasitələri üçün Amerika ələkeçirici raketlərinin ehtiyatlarının azalması ilə bağlı narahatlıqlar olub.
Qəzet qeyd edir ki, Ağ Evdə həmçinin daha irimiqyaslı hərbi əməliyyatı həddindən artıq riskli hesab ediblər. Trampın müşavirləri münaqişənin regionun digər ölkələrinə yayılmasından, ABŞ-ın Fars körfəzindəki müttəfiqləri ilə münasibətlərin pisləşməsindən, həmçinin qlobal iqtisadiyyat üçün mümkün nəticələrdən, o cümlədən energetika böhranından və qaçqın sayının artmasından ehtiyat edirlər.
Qəzetin məlumatına görə, İran İraqın baş naziri vasitəsilə ötürülən ABŞ-ın atəşkəs təklifindən imtina edib. Tehran Hörmüz boğazına nəzarət məsələsini həllolunmamış qoyan müvəqqəti sazişdə maraqlı deyil. İran rəsmi şəxsləri bəyan ediblər ki, ölkənin silahlı qüvvələri kritik vacib infrastruktura zərbələr endiriləcəyi təqdirdə müharibənin mümkün genişlənməsinə hazırlaşırlar.
Hüseyn İbadlı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)


.jpg)















