ABŞ
ABŞ 50 illik təhlükəsizlik prinsipindən imtina etdi - Sərt qoruyucu tədbirlər tətbiq ediləcək
ABŞ-ın Nüvə Tənzimləmə Komissiyası (NRC) 50 il ərzində amerikalıların radiasiya təsirini minimuma endirən və bütün dünyada qəbul edilmiş əsas təhlükəsizlik prinsipindən imtina etmək təşəbbüsü ilə çıxış edib.
Publika.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) məlumat yayıb.
Bildirilib ki, hazırda atom elektrik stansiyaları, akademiyalar və radioaktiv materiallardan istifadə edən digər müəssisələr radiasiya şüalanması səviyyəsinin "mümkün olann ən aşağı səviyyədə" saxlanmasını təmin etməlidirlər; ALARA prinsipi (As Low As Reasonably Achievable – məqbul şəkildə mümkün olan ən aşağı səviyyə) məhz bundan ibarətdir.
NRC-nin təşəbbüsünə əsasən, qeyd olunan prinsipdən imtina edilməsi təklif olunur, lakin icazə verilən həddə radiasiya təsiri üzrə müstəqil normativ qüvvədə saxlanılacaq. Belə doza məhdudiyyətləri həm personal, həm də ətrafdakı əhali üçün icazə verilən yuxarı şüalanma həddini müəyyənləşdirir. ALARA prinsipi isə bu çərçivələr daxilində qalmaqla, şüalanma səviyyəsinin praktik olaraq nə qədər mümkünürsə, o qədər aşağı səviyyədə saxlanmasını tələb edir.
ALARA-nın əvəzinə Komissiya "mərhələli yanaşma" tətbiq etməyi planlaşdırır. O, şirkətlərin işçilərinin potensial olaraq hansı doza şüalanma ala biləcəyindən asılı olaraq yerinə yetirməli olduqları tədbirlər dəstini nəzərdə tutur. Jurnalistlər qeyd edirlər ki, göstəricilər müəyyən edilmiş hədlərə nə qədər yaxınlaşarsa, təklif olunan sxemə uyğun olaraq bir o qədər sərt qoruyucu tədbirlər tətbiq edilməlidir.
Vurğlanıb ki, qaydaların yenidən baxılması ABŞ Prezidenti Donald Trampın ölkə daxilində nüvə enerjisi istehsalını artırmağa çalışdığı bir vaxtda baş verir. Səbəb məlumat mərkəzlərinin və süni intellekt texnologiyalarının genişlənməsi ilə əlaqədar sürətlə artan elektrik enerjisi istehlakında gizlənir.
Energetika Nazirliyi artıq ALARA-nın tətbiqindən imtina edib, Nüvə Tənzimləmə Komissiyasının özü isə radiasiya mühafizəsi normativlərinin hazırlanmasını yaxın aylarda başa çatdırmağı hədəfləyir. Komissiya sədri Ho Niye əmin edib ki, NRC təhlükəsizlik tələblərini zəiflətmir, əksinə, "sadəcə olaraq qeyri-müəyyənliyi aradan qaldırır".
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)


.jpg)















