ABŞ
Tramp İranla bağlı 3 ssenarini masaya qoydu: Müharibə, sanksiya, yoxsa...
ABŞ prezidenti Donald Tramp İranla müharibənin gələcək gedişatı ilə bağlı üç əsas ssenarini nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, birinci ssenari hərbi eskalasiyanın davam etdirilməsini nəzərdə tutur. İkinci variant İrana qarşı yeni sanksiyaların tətbiqi ilə iqtisadi təzyiqin gücləndirilməsidir. Üçüncü ssenari isə ABŞ-ın müharibədə qələbə qazandığını elan edərək münaqişədən çıxmasını ehtiva edir.
Qəzet yazır ki, Tramp son həftələrdə bu variantları vitse-prezident Cey Di Vens, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn, xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşnerlə müzakirə edib.
Bildirilir ki, müzakirələr Vaşinqtonun beş ay davam edən qarşıdurma ərzində, o cümlədən İranda hakimiyyət dəyişikliyi kimi əsas məqsədlərinə nail ola bilmədiyi bir vaxtda aparılır.
Xatırladaq ki, daha əvvəl Trampın resursların tükənməsi və ABŞ-da hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə bağlı narahatlıqlar səbəbindən genişmiqyaslı müharibə riskini artırmaq istəmədiyi bildirilmişdi. İyulun 24-də isə o, hərbçilərə İrana endirilən zərbələrin dayandırılması barədə göstəriş verərək təxminən iki həftə davam edən hücumlar silsiləsini dayandırmışdı.
Müəllif: Adəm Abbaslı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)


.jpg)















