ABŞ
5 il sonra möcüzə: İtkin düşən it sahibini 1000 kilometr uzaqda tanıdı - VİDEO
ABŞ-da beş il əvvəl itkin düşən ev iti gözlənilməz şəkildə tapılıb və sahibi ilə qovuşması sosial şəbəkələrdə böyük maraq doğurub.
Publika.az xəbər verir ki, hadisə Nebraska ştatında yaşayan İmmakulada Cekmanın başına gəlib. Onun "Çonq" adlı iti 2021-ci ildə evdən qaçaraq yoxa çıxıb. Ailə illərlə axtarış aparsa da, nəticə əldə edə bilməyib.
İmmakulada bildirib ki, ümidini heç vaxt itirməyib və vaxtaşırı köhnə yaşadıqları məhəlləyə gedərək iti görəcəyinə inanıb.
Beş il sonra isə dostlarından biri ona sosial şəbəkədə yayılan paylaşımı göndərib. Məlum olub ki, Çonqa çox bənzəyən it İndiana ştatında, Nebraska ştatından 1000 kilometrdən çox uzaqlıqda yük maşınları üçün dayanacaq yaxınlığında tapılıb.
Qadın dərhal Hendriks dairəsinin heyvan sığınacağı ilə əlaqə saxlayıb. Lakin məlum olub ki, it bu illər ərzində başqa bir şəxsin adına çipləşdirilib. Qaydalara əsasən, sığınacaq əvvəlcə çipdə göstərilən şəxslə əlaqə yaratmalı idi. Üç gün ərzində həmin şəxs cavab vermədiyi üçün Çonq əvvəlki sahibinə qaytarılıb.
İmmakulada yeni iti "Çe-Çe" ilə birlikdə sığınacağa gedərək Çonqu qarşılayıb. İlk anlarda çaşqın görünən it bir neçə saniyə sonra sahibini tanıyaraq onun qucağına sığınıb və sevincdən hürməyə başlayıb.
İmmakulada bu hekayənin ev heyvanını itirən insanlar üçün ümid mənbəyi olmasını arzuladığını deyib: "Heç vaxt ümidinizi itirməyin. Beş il keçsə də, biz onu yenidən tapdıq."
Adəm
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



