ABŞ
ABŞ-da Trampa etimad sarsıldı - Sorğunun nəticələri açıqlandı
ABŞ-da ictimaiyyətin İrana qarşı hərbi əməliyyatlara dəstəyi daha da azalıb. Yeni sorğu göstərir ki, amerikalıların böyük əksəriyyəti prezident Donald Trampın bu müharibənin məqsədlərini kifayət qədər izah etmədiyini düşünür.
Publika.az xəbər verir ki, bu barədə "Reuters/Ipsos"un keçirdiyi sorğunun nəticələrini "European Pravda" yayıb.
İyulun 24-26-da keçirilən sorğuda iştirak edənlərin cəmi üçdə biri ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarını dəstəklədiyini bildirib. Bu, "Reuters/Ipsos"un münaqişə başlayandan bəri qeydə aldığı ən aşağı göstəricidir.
Sorğuya əsasən, amerikalıların 69 faizi, o cümlədən respublikaçıların təxminən 40 faizi Donald Trampın ABŞ-ın İrandakı hərbi müdaxiləsinin məqsədlərini aydın şəkildə izah etmədiyini hesab edir.
Eyni zamanda, ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana zərbələr endirməyə başlamasından sonra əməliyyatlara ümumi dəstək səviyyəsi 40 faizdən aşağı olaraq qalır.
Ağ Evin sözçüsü Oliviya Uels isə qeyd edib ki, Donald Tramp qərarlarını dəyişkən ictimai rəy sorğularına əsasən vermir. Onun sözlərinə görə, prezidentin əsas məqsədi İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verməməkdir.
Sorğu ABŞ üzrə onlayn formatda keçirilib. Araşdırmada 1 246 nəfər iştirak edib və statistik xəta payı 3 faiz təşkil edir.
Xatırladaq ki, daha əvvəl ABŞ mediası Tramp administrasiyasının İranla bağlı həlledici seçim qarşısında olduğunu yazmışdı. Müzakirə olunan əsas ssenarilər 10 günlük yeni atəşkəsə nail olmaq və ya İsraillə birlikdə Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaqdır. Bundan başqa, Tramp zərbələri dayandıraraq danışıqlara daha bir şans vermək qərarı aldığını açıqlamışdı.
Müəllif: Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















