ABŞ
ABŞ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır: Tarix açıqlandı
ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar paketini bu ilin payızının əvvəlində qəbul edə bilər.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidentinin sanksiya siyasəti üzrə nümayəndəsi Vladislav Vlasyuk "RBK-Ukrayna"ya açıqlamasında deyib.
Onun sözlərinə görə, bu həftə ABŞ Senatında qanun layihəsi üzrə yekun prosedur səsverməsi keçiriləcək. Bundan sonra sənəd sentyabrın əvvəlində Nümayəndələr Palatasına təqdim olunacaq. Palata layihəni təsdiqləyərsə, sənəd imzalanmaq üçün Ağ Evə göndəriləcək.
Xatırladaq ki, iyulun 28-də ABŞ Senatı ilk prosedur səsverməsində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini dəstəkləyib.
Senator Lindsi Qremin iştirakı ilə hazırlanmış qanun layihəsinin əsas müddəalarından biri Rusiyadan neft və qaz alan ölkələrə qarşı ikinci dərəcəli rüsumların tətbiqini nəzərdə tutur. Yeni düzəlişlərə əsasən, əvvəllər təklif edilən 500 faizlik vahid tarif əvəzinə, ABŞ-la ticarət aparan və Rusiya enerji daşıyıcılarını ən çox idxal edən beş ölkəyə, həmçinin Vaşinqtonun sanksiyalardan yayınmağa yardım etdiyini düşündüyü beş dövlətə qarşı 100 faizə qədər gömrük rüsumu tətbiq oluna bilər. Çin və Hindistan da bu siyahıda yer alır.
Müəllif: Adəm
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















