ABŞ
Mask Tramp üçün pul kisəsini açdı: Konqres seçkilərinə milyardlar xərclənəcək
Amerikalı milyarder İlon Mask Konqresə keçiriləcək aralıq seçkilər öncəsi Respublikaçılar Partiyasına dəstək vermək üçün yenidən böyük maliyyə kampaniyasına başlayır.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Bildirilib ki, Mask 2024-cü ildə Donald Trampın prezident seçilməsinə dəstək məqsədilə 260 milyon dollardan çox vəsait xərcləyən "America PAC" siyasi fondunun fəaliyyətini bərpa edir.
Bu dəfə fond seçicilərlə qapı-qapı görüşlər, rəqəmsal reklam kampaniyaları və birbaşa poçt göndərişləri vasitəsilə Respublikaçılar Partiyasına dəstəyi artırmağa çalışacaq. Fondun fəaliyyətinə Maskın baş siyasi müşaviri Kris Yanq rəhbərlik edəcək.
Maskın nümayəndələri seçki kampaniyasına nə qədər vəsait ayrılacağını açıqlamayıblar. Lakin "Axios" bunun yenə də çox böyük məbləğ olacağını ehtimal edir.
Bu arada ABŞ-da keçirilən son sorğular Donald Trampın ikinci prezidentlik dövründə reytinqinin rekord həddə düşdüyünü göstərir. Kvinnipiak Universitetinin sorğusuna əsasən, respondentlərin yalnız 32 faizi Trampın fəaliyyətini bəyənir, 58 faizi isə onun işini mənfi qiymətləndirir. Daha 10 faiz iştirakçı mövqe bildirməyib.
Sorğuda iştirak edənlərin əksəriyyəti ABŞ-İran qarşıdurmasının enerji qiymətlərini artırmasından, qlobal siyasi gərginliyi dərinləşdirməsindən və 18 amerikalı hərbçinin ölümü ilə nəticələnməsindən narazılıq ifadə edib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər 2026-cı il noyabrın 3-də keçiriləcək.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı












.jpg)



.jpg)


.png)



.jpg)
















