ABŞ
Məktəblərdə yeni təhlükəsizlik dövrü: Dronlar qoruyacaq
ABŞ-ın bir neçə ştatında məktəblər yeni tədris ilinə görünməmiş təhlükəsizlik tədbirləri ilə başlayır. Təhsil müəssisələrində silahlı hücumların qarşısını almaq üçün xüsusi dronlar quraşdırılır.
Publika.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, məktəb dəhlizlərində saatda 80 kilometrədək sürətlə hərəkət edə bilən pilotsuz uçuş aparatları məktəblərin daxilində qorunan xüsusi qutularda saxlanılır və zərurət yaranan anda cəmi bir neçə saniyə ərzində işə salınır.
Dron istehsalçısı olan "Mithril Defense" şirkətinin baş icraçı direktoru Castin Marston bildirib ki, bu, xüsusilə vacibdir, çünki məktəblərdə baş verən silahlı hücumların əksəriyyəti cəmi 2-3 dəqiqə davam edir.
Onun sözlərinə görə, dronlar bibər qazı, güclü stroboskop işıqları və sirenlə təchiz edilib. Son çarə kimi isə onlar saatda 96 kilometr sürətlə hücumçunu vuraraq zərərsizləşdirə bilər.
Bildirilir ki, aparatlara Texas ştatında yerləşən şirkətin idarəetmə mərkəzindən məsafədən nəzarət olunur.
Qeyd edək ki, ABŞ-də məktəblərdə silahlı hücumlar hələ də ciddi problem olaraq qalır. Rəsmi statistikaya görə, bu cür hadisələrin pik həddi 2023-cü ildə qeydə alınıb. Həmin il məktəblərdə 352 silahlı insident baş verib. Son iki ildə isə bu halların sayında müəyyən azalma müşahidə olunur.
Adəm
-
Hadisə03:43Astarada ağır qəza: ölən və xəsarət alanlar var
-
Avropa03:16Macar Baş nazirin üzərinə şərab atıldı - ANBAAN VİDEO
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda





























.jpg)



