ABŞ
Yeni tapılan "iblis balığı" alimləri heyrətləndirdi - Gözləri yoxdur
ABŞ-də iblisin şərəfinə adlandırılmış yeni kor balıq növü aşkar edilib.
Publika.az xəbər verir ki, bu barədə "Whats The Jam" nəşri yazıb.
Alimlər Alabama ştatındakı mağaralardan birində elmi ictimaiyyətə əvvəllər məlum olmayan cinsin və növün nümayəndəsi olan qeyri-adi kor balıq aşkar ediblər.
Balıq demək olar ki, tamamilə piqmentdən və gözlərdən məhrumdur. Bunlar tam qaranlıqda daimi yaşayan orqanizmlər üçün tipik xüsusiyyətlərdir. Lakin tədqiqatçıları digər əlamətlər də maraqlandırıb: baş arxasında nəzərəçarpacaq qabarcıq, uzadılmış yastı sifət və üzgəclərin qeyri-adi quruluşu.
Anatomik tədqiqatlar, kompüter tomoqrafiyası və genetik analiz təsdiqləyib ki, alimlər sadəcə yeni növlə deyil, həm də ayrı bir təkamül xətti ilə qarşı-qarşıyadırlar. Üstəlik, işığın qavranılması ilə əlaqəli olan rodopsin geninin bir hissəsi balıqda yoxdur və artıq fəaliyyət göstərmir.
Yeni növ "Demogorgonichthys arcanus" və ya "iblis mağara balığı" adlandırılıb. Adlandırma "Stranger Things" ("Çox qəribə işlər") serialı sayəsində məşhurlaşmış mifoloji varlıq olan "Demoqorqona" istinad edir.
Alimlər indiyədək eyni vaxtda bu balıqlardan heç vaxt 20-dən çoxunu müşahidə etməyiblər. Ehtimal olunur ki, onlar vaxtlarının böyük hissəsini yeraltı su qatının dərinliklərində keçirirlər. Məhz bu səbəbdən növ uzun müddət diqqətdən kənarda qalıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















