ABŞ
ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
ABŞ Hərbi Hava Qüvvələrinin Nevada ştatında yerləşən və məxfi "51-ci Zona"nın da daxil olduğu hərbi poliqonda təbii yanğın baş verib.
Bu barədə Publika.az ABŞ Torpaqların İdarə Olunması Bürosunun məlumatına istinadla xəbər yayıb.
Yanğın artıq təxminən 54 kvadrat kilometr ərazini əhatə edib. Alov Linkoln dairəsində yerləşən Nevada Sınaq və Təlim Poliqonunun (NTTR) qapalı ərazisində ildırımın düşməsi nəticəsində başlayıb. Güclü külək, yüksək temperatur və aşağı rütubət yanğının sürətlə yayılmasına şərait yaradır.
Məlumata görə, bu cür hava şəraitinin avqustun 4-dək davam edəcəyi gözlənilir. Bu isə gün ərzində yanğının daha da güclənməsinə və ehtimal olunan ildırımlı leysanlar səbəbindən alovun yeni ərazilərə yayılmasına səbəb ola bilər.
"51-ci Zona" ABŞ Hərbi Hava Qüvvələrinə məxsus məxfi aviabazadır və çoxsaylı sui-qəsd nəzəriyyələrinin əsas mövzularından biri hesab olunur. O, Nevada səhrasında, Las-Veqas şəhərindən 134 kilometr məsafədə yerləşir.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















