ABŞ
Tramp HƏMAS-ın tərksilah ediləcəyini ELAN ETDİ
ABŞ Prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatının tam tərksilahı ilə bağlı razılıq əldə olunduğunu bəyan edib.
Publika.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
"Bu gün Sülh Şurası HƏMAS-ın və Qəzza zolağında fəaliyyət göstərən bütün digər silahlı qruplaşmaların tam tərksilahına dair tarixi əhəmiyyətə malik razılıq əldə edib", – paylaşımda qeyd olunub.
Tramp bunu "dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılmış nəhəng addım" adlandırıb.
İyulun 30-da Sülh Şurasının nümayəndəsi bildirmişdi ki, HƏMAS-ın tərksilahı planına Qəzza zolağındakı yeraltı tunellərin və silah anbarlarının məhv edilməsi daxildir. Onun sözlərinə görə, təşəbbüs hərəkat nümayəndələrinin Qəzzanın inzibati idarəetmə strukturlarında iştirakını nəzərdə tutmur.
İyulun 27-də HƏMAS Sülh Şurasının Qəzza zolağında nizamlanma ilə bağlı təqdim etdiyi planın indiyədək müzakirə olunan iki bəndini yerinə yetirməyə hazır olduğunu açıqlamışdı. Söhbət Fələstin anklavı üzrə nizamlanma planının 5-ci və 8-ci bəndlərindən gedir.
Planın 5-ci bəndi HƏMAS-ın silahlı birləşmələrinin mülki idarəetmə sistemindən, eləcə də mülki strukturlarda çalışan əməkdaşlardan ayrılmasını nəzərdə tutur.
8-ci bəndə əsasən isə HƏMAS-ın silahlı dəstələrinin tərksilahı prosesi mərhələli şəkildə və beynəlxalq nəzarət altında həyata keçirilməli, silahlar İsrailə deyil, Sülh Şurasının himayəsi və koordinasiyası altında fəaliyyət göstərəcək yeni Fələstin strukturlarına təhvil verilməlidir.
Hüseyn İbadlı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















