ABŞ
ABŞ siyasətində şok statistika: Ən çox söyüş söyən prezidentlər bəlli oldu
ABŞ-da siyasətçilərin çıxışlarında kobud və nalayiq ifadələrdən istifadə son illərdə rekord həddə çatıb. Araşdırmaya görə, 1919-cu ildən bu yana ABŞ prezidentlərinin işlətdiyi söyüş və təhqiramiz ifadələrin 87 faizi son 10 ilin prezidentlərinin payına düşür.
Publika.az xəbər verir ki, bu barədə "The Post" nəşri yazıb.
Tədqiqatı aparan araşdırmaçı müəyyən edib ki, hazırkı prezident Donald Tramp və keçmiş prezident Co Bayden ümumilikdə 538 dəfə söyüş və kobud ifadə işlədib. Bu isə 1919-cu ildən bəri qeydə alınmış 692 belə ifadənin 78 faizini təşkil edir.
Kardiff Universitetinin müəllimi, doktor Cozef Fillips bildirib ki, əvvəllər prezidentlərin, hətta prezidentliyə namizədlərin rəsmi çıxışlarda nalayiq sözlər işlətməsi olduqca nadir hal idi. Onun sözlərinə görə, bu sahədə ilk tabu 1919-cu ildə prezident Vudro Vilsonun özünü "aşkar axmaq vəziyyətinə saldığını" etiraf etməsi ilə qırılıb.
Ekspert hesab edir ki, müasir dövrdə siyasətçilərin kobud ifadələr işlətməsi seçicilər tərəfindən səmimiyyət əlaməti kimi qəbul olunur. Hakimiyyətə inamın zəiflədiyi bir vaxtda "filtrsiz danışmaq" bəzi auditoriyalar üçün daha inandırıcı görünür.
Tramp və Bayden prezident söyüşlərinin rekordçusudur
Araşdırmada qeyd olunur ki, Donald Tramp çıxışlarında sərt və təhqiramiz ifadələrdən daha çox istifadə edən prezident kimi seçilir. O, son açıqlamalarından birində ABŞ-ın İranı "ağır şəkildə cəzalandıracağını" bildirib. Apreldə isə Tehrana müraciətində sərt və söyüş xarakterli ifadələr işlədib.
Müəllif Trampın Ağ Ev siyasi leksikonuna əvvəllər prezidentlərin işlətmədiyi bir sıra kobud sözləri gətirdiyini vurğulayır.
Co Bayden isə əsasən daha yumşaq ifadələrdən istifadə etsə də, 2010-cu ildə vitse-prezident olarkən Barak Obamaya səhiyyə islahatı ilə bağlı qanunun imzalanması zamanı "Bu, həqiqətən çox böyük işdir" ifadəsini nalayiq sözlərlə vurğulaması geniş rezonans doğurmuşdu.
Söyüşlər artıq Konqresə də keçib
Araşdırmaya əsasən, ABŞ Konqresində də emosional və kobud çıxışların sayı artır. "YouGov" sorğuları göstərir ki, gənc amerikalılar siyasətçilərin söyüş işlətməsinə yaşlı nəsillə müqayisədə daha tolerant yanaşırlar.
Son olaraq respublikaçı senator Berni Moreno Senat dinləmələri zamanı Entoni Fauçiyə emosional şəkildə kobud ifadə ilə müraciət edib. Demokrat konqresmen Syuzi Li isə Tramp barədə paylaşımını söyüşlü ifadə ilə şərh etdikdən sonra sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















