ABŞ
ABŞ Dövlət Departamenti biabır oldu: Süni intellektin hazırladığı xəritədə kobud səhv - FOTO
ABŞ Dövlət Departamenti Braziliyada keçirilən QİÇS-lə mübarizəyə həsr olunmuş beynəlxalq konfransda nümayiş etdirdiyi təqdimatdakı xəritəyə görə tənqid hədəfinə çevrilib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Təqdimatda istifadə olunan xəritədə Afrika ölkələrinin yerləşməsi və sərhədləri yanlış göstərilib. Belə ki, Kot-d'İvuar, Mozambik və Nigeriyanın coğrafi mövqeləri düzgün əks olunmayıb. Bundan əlavə, xəritənin üzərində onun süni intellekt vasitəsilə hazırlandığını göstərən su nişanı (watermark) da qalıb. Hazırda bu məsələni ChatGPT-ni hazırlayan "OpenAI" şirkəti də araşdırır.
ABŞ Dövlət Departamenti baş verən hadisəyə görə məsuliyyəti tam üzərinə götürüb. Qurumun açıqlamasında bildirilib ki, təqdimatı hazırlayan əməkdaş tədbir başlamazdan dərhal əvvəl tələsik dəyişikliklər etdiyi üçün bu səhvə yol verilib.
"Biz yaranmış qarışıqlığa və tədbir iştirakçılarını, o cümlədən afrikalı tərəfdaşlarımızı çaşdırdığımıza görə tam məsuliyyəti üzərimizə götürürük", - deyə Dövlət Departamentinin bəyanatında vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Konqo Demokratik Respublikasında olmuş şəxslərin ölkəyə girişinə müvəqqəti məhdudiyyət tətbiq etmişdi. Buna səbəb həmin ölkədə Ebola virusunun geniş yayılması olub. ABŞ hakimiyyəti təhlükəli xəstəliyin ölkəyə yayılmasının qarşısını almaq məqsədilə bu addımı atıb.
Bundan başqa, son məlumatlara görə, ebola virusuna yoluxanların real sayının rəsmi rəqəmlərdən iki dəfə çox ola biləcəyi bildirilir.
Müəllif: Adəm

-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















