ABŞ
Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
ABŞ və İsrailin bu həftəsonu İranın enerji infrastrukturuna qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi nəzərdən keçirdiyi bildirilir.
Publika.az xəbər verir ki, məlumatlı mənbələr "CBS News" telekanalına ABŞ və İsrailin İranda enerji infrastrukturu obyektlərinə ən irimiqyaslı bombardmanlardan birini planlaşdırdıqlarını bildiriblər.
Onların iddiasına görə, zərbələr bu həftəsonu ərzində başlaya bilər. Zərbələrin hədəfi, ehtimal ki, elektrik stansiyaları və neft emalı zavodları da daxil, enerji infrastrukturu olacaq.
ABŞ rəsmilərinin bildirdiyinə görə, İsrail tərəfi plan barədə məlumatlandırılıb və Vaşinqtonla koordinasiya aparılır. Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampın mümkün əməliyyatla bağlı hələ yekun qərar vermədiyi vurğulanır.
Mənbələrin sözlərinə görə, hərbi zərbə planı cümə günü Trampın Kemp Deviddəki iqamətgahında administrasiya üzvləri ilə keçirdiyi müşavirədə müzakirə olunub. Prezidentin siyasi məsələlər üzrə bəzi köməkçiləri buna qətiyyətlə qarşı çıxıblar.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















