ABŞ
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
ABŞ Dövlət Departamenti 50 ölkənin vətəndaşları üçün məcburi olacaq uzunmüddətli viza depoziti proqramını rəsmi şəkildə təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə qurumun yaydığı bildirişdə qeyd olunub.
Dərc olunmuş sənədə əsasən, konsulluq xidmətləri qeyri-immiqrasiya vizası üçün müraciət edən şəxslərdən 20 min ABŞ dollarınadək maliyyə təminatı tələb etmək səlahiyyəti əldə edib.
Bu tədbir viza rejiminə əməl olunmasını və əcnəbi vətəndaşların ölkəni vaxtında tərk etməsini təmin etmək məqsədi daşıyır. Yeni qaydalar ilk növbədə B-1 və B-2 kateqoriyalı turist və işgüzar vizaların sahiblərinə şamil olunacaq.
Daimi sistemin tətbiqi 2025-ci ilin avqustunda istifadəyə verilmiş pilot layihənin davamı hesab olunur. Həmin eksperiment çərçivəsində depozit məbləği 5 min ABŞ dollarından 15 min ABŞ dollarınadək dəyişirdi. Sınaq mərhələsində proqram 50 ölkənin vətəndaşlarını əhatə edib ki, onlardan 30-u Afrika regionuna aiddir.
Yeni proqramın tam tətbiqinə 2026-cı il avqustun 3-də, müvafiq qərarın ABŞ Federal Reyestrində rəsmi dərc olunacağı tarixdə başlanılması planlaşdırılır.
Hüseyn İbadlı
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
















.jpg)





.jpg)















