ABŞ
Trampın 5 milyon dollarlıq “qızıl atları” ABŞ-ı QARIŞDIRDI
Vaşinqtonda ABŞ Milli Park Xidməti tərəfindən bərpa edilmiş "Müharibə sənəti" və "Sülh sənəti" abidələrinin yenilənmiş tunc heykəllərinin rəsmi açılışı keçirilib.
Publika.az xəbər verir ki, 80 yaşlı ABŞ Prezidenti Donald Trampın şəxsən nəzarət etdiyi layihənin dəyəri təxminən 5 milyon dollar olub və artıq ictimaiyyətdə mübahisələrə səbəb olub.
Linkoln Memorial Kompleksində yerləşən dörd monumental atlı heykəl 23,75 karatlıq qızıl varaqla örtülüb. Tramp bu işlərin başa çatdığını özünün “Truth Social” sosial şəbəkəsində elan edərək yenilənmiş abidələrin ilk fotolarını paylaşıb.
Qızıl örtüyün vurulması ilə bağlı müqavilə aprelin ortalarında açıq tender keçirilmədən Merilend ştatındakı bərpa studiyasına verilib. Administrasiya işləri iyulun 4-dək – ABŞ-nin Müstəqillik Gününə qədər başa çatdırmağa çalışırdı. Bərpa işləri nəzərdə tutulduğundan bir neçə həftə uzun çəksə də, nəticə paytaxt sakinləri və turistlər arasında kəskin fikir ayrılığı yaradıb.
"Mən onların nə vaxtsa bu qədər gözqamaşdırıcı və zövqsüz göründüyünü xatırlamıram. Düşünürəm ki, bu vəsaiti atları parıldatmağa deyil, daha faydalı işlərə xərcləmək olardı", – deyə yerli sakin Stiven Françion bildirib.
"Zövqsüz görünür. Elə bil tikinti mağazasından alınmış qızılı boya ilə rəngləniblər", – deyə Merilend ştatından olan digər sakin onun fikri ilə razılaşıb.
Bununla belə, turistlər yenilənmiş görünüşü daha müsbət qiymətləndiriblər.
"Kanzasdan gəlmiş Emi deyib: "Linkoln memorialının yanından keçəndə heyrətdən nəfəsim kəsildi. Öz-özümə dedim: "Vay, bu nədir?""
Onun qızı Cion isə fikrini qısa ifadə edib: "Onlar həqiqətən möhtəşəmdirlər və çox parlayırlar."
Heykəllərin bərpası Trampın ikinci prezidentlik müddətində Vaşinqtonun memarlıq simasını dəyişdirməyə yönəlmiş genişmiqyaslı proqramının yalnız kiçik bir hissəsidir.
“The Washington Post” və “Ipsos” tərəfindən keçirilən son sorğuya əsasən, amerikalıların təxminən 65 faizi prezidentin şəhərsalma təşəbbüslərinə mənfi yanaşır. Bu təşəbbüslərə Ağ Evdə yeni bal zalının tikintisi, Linkoln Memorialı ilə Arlinqton Milli Qəbiristanlığı arasında zəfər tağının inşası və "Reflecting Pool" hovuzunun yenidən qurulması daxildir.
“Financial Times” qəzetinin araşdırmasına görə, Trampın planlaşdırdığı bütün əsas tikinti və bərpa işlərinin ümumi dəyəri dövlət maliyyələşməsi və özəl ianələr də daxil olmaqla 1 milyard dolları ötə bilər. Təkcə Ağ Evin yeni bal zalının və onun təhlükəsizlik sistemlərinin inşasının dəyəri 800 milyon dollardan çox qiymətləndirilir.
Hüseyn İbadlı
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
















.jpg)





.jpg)















