ABŞ
Tramp Cənubi Amerikada ABŞ üçün yeni "51-ci ştat" tapdı - FOTO
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində Venesuelanı ABŞ-nin 51-ci ştatı kimi təsvir edən xəritə paylaşıb.
Publika.az xəbər verir ki, paylaşılan şəkildə yalnız Cənubi Amerikanın şimal hissəsi görünür. Qitə boz rəngdə göstərilsə də, Venesuela ərazisi ABŞ bayrağı ilə işarələnərək xüsusi vurğulanıb. Tramp paylaşımına "Əlli birinci ştat" sözlərini əlavə edib.
Ötən yay Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi birləşdirilməsinin zəruri olduğunu düşündüyünü bir daha bəyan etmişdi. Onun fikrincə, Ottava tam şəkildə Vaşinqtondan asılı vəziyyətdədir.
Bu həftə isə ABŞ lideri Qrenlandiyanın prezidentlik müddəti 2029-cu ilin yanvarında başa çatanadək ABŞ-ın nəzarətinə keçə biləcəyini bildirib. Siyasətçinin sözlərinə görə, ada ölkə üçün böyük strateji əhəmiyyət daşıyır.
Hüseyn İbadlı
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
















.jpg)





.jpg)















