ABŞ
Trampdan 2028 MESAJI - Növbəti planını elan etdi
ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində növbəti prezident seçkilərində iştirakına işarə edən paylaşım edib.
Publika.az xəbər verir ki, yayımlanan fotoda siyasətçi MAGA hərəkatının tərəfdarlarının fonunda təsvir olunub. Fotonun aşağı hissəsində isə "Tramp 2028. Amerikanı yenidən möhtəşəm edək" sözləri yazılıb.
ABŞ-ın hazırkı Prezidenti ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişlə müəyyən edilmiş qadağaya baxmayaraq, üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini dəfələrlə bəyan edib. O, bu barədə sonuncu dəfə avqustun 1-də danışıb. Tramp hesab edir ki, növbəti ABŞ prezidenti "dahi" kimi görünəcək, çünki ölkədə yeni zavodlar açılacaq, iş yerləri yaradılacaq, ölkə bərpa olunacaq və bütün bunlar onun xidmətləri kimi qiymətləndiriləcək. Məhz buna görə də hazırkı prezident vəzifəsində qalmaq istədiyini bildirib. Trampın bu niyyətində nə dərəcədə ciddi olduğu və əsas qanunda nəzərdə tutulan məhdudiyyəti keçə bilib-bilməyəcəyi ilə bağlı məsələlər sual olaraq qalır
Hüseyn İbadlı
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
















.jpg)





.jpg)















