ABŞ
Tramp buna görə heç narahat deyil... - Noyabrda nə baş verəcək?
ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərin nəticələrinin onun siyasi mövqeyinə ciddi təsir göstərməyəcəyinə inanır.
Publika.az xəbər verir ki, bu barədə “Axios” nəşrinin yazdığına görə, Tramp Respublikaçılar Partiyasının Konqresdə çoxluğu itirməsi ehtimalından ciddi narahat deyil və seçkilərin nəticəsindən asılı olmayaraq partiya daxilində güclü dəstəyə malik olacağına əmindir.
Bildirilir ki, Tramp 2028-ci il prezident seçkilərində üçüncü dəfə namizəd ola biləcəyinə dair açıqlamalar verməyə davam etsə də, əslində, hazırkı Vitse-prezident Cey. Di. Vensin Respublikaçılar Partiyasının namizədi olmasını dəstəkləyir. Potensial vitse-prezidentliyə namizəd kimi isə Dövlət katibi Marko Rubionun adı çəkilir.
Qeyd edək ki, ABŞ-da Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək və Senatın üçdə biri, eləcə də Nümayəndələr Palatasının bütün tərkibi yenidən seçiləcək.
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
















.jpg)





.jpg)















