ABŞ
Tramp İranı “daş dövrü”nə niyə göndərmir? – Senator səbəbini açıqladı
Respublikaçı senator Ceyms Lankford ABŞ prezidenti Donald Trampın İranı bombalamaq və ölkəni “daş dövrünə” qaytarmaq istəmədiyini və razılaşma əldə etməyə üstünlük verdiyini bildirib.
Publika.az xəbər verir ki, onun sözlərini “Fox News” sitat gətirib.
Qanunverici bildirib ki, Tramp "razılaşmanın əldə edilməsinə diqqət yetirir".
"Biz onları “daş dövrü”nə qədər bombalamaq qabiliyyətinə malikik, amma bunu etmək istəyimiz yoxdur. Biz hərbi gücdən istifadə edirik və prezident hərbi gücdən istifadə etməkdə çox ehtiyatlıdır, bundan yalnız onları danışıqlar masasına oturtmaq üçün istifadə edir", - senator deyib.
Vaşinqton 1-2 avqust tarixlərində İranın enerji infrastrukturuna genişmiqyaslı hücum etmək niyyətində idi. Lakin Amerika lideri Tehranla razılığa gəlmək üçün yeni bir cəhdə güvənərək plandan imtina etdi. Qərar, ABŞ və Fars körfəzi ölkələri arasında regional eskalasiya ilə bağlı narahatlıqlarını ifadə edən məsləhətləşmələrdən sonra qəbul edildi.
Müəllif: Tural
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















