ABŞ
Soros Trampın rəqiblərinə qəpik də vermədi - Demokratlar böyük dəstəkdən məhrum qaldı
Amerikalı milyarder Corc Soros 2026-cı ildə Demokratlar Partiyasına maliyyə ianəsi etməyib.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin yazdığına görə, 2022-ci il seçkilərində Demokratlar Partiyasını maliyyə baxımından dəstəkləyən iri sponsorların əksəriyyəti builki noyabr aralıq seçkiləri ərəfəsində ianə verməkdən imtina edib.
Məlumata əsasən, Corc Soros və oğlu dörd il əvvəl demokratlara təxminən 1 milyon dollar ianə etsələr də, 2026-cı ildə ABŞ prezidenti Donald Trampın rəqiblərinə bir dollar da ayırmayıblar.
Bundan başqa, "LinkedIn" platformasının həmtəsisçisi Rid Hoffman da demokratlara maliyyə dəstəyi göstərməyib. Bildirilib ki, digər iri sponsorlar da oxşar mövqe sərgiləyiblər.
Müəllif: Adəm
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















