ABŞ
İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
İranın dəniz blokadası Tehran Vaşinqtonla saziş bağlayana və ya təslim olana qədər davam edəcək.
Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İran rəhbərliyi "inanılmaz ikiüzlülük" nümayiş etdirir. Tramp diqqətə çatdırıb ki, ABŞ ilə danışıqlardan imtina etdikləri barədə açıq bəyanatlar verməsinə baxmayaraq, Tehran görüşlərin keçirilməsinə nail olmağa davam edir və ABŞ tərəfi ilə əlaqə saxlayır.
ABŞ lideri onu da qeyd edib ki, İran Hörmüz boğazını idarə etdiyini desə də, o, artıq ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tamamilə nəzarətdədir.
"Əgər biz istəməsək, İran heç nə əldə etməyəcək və bu, razılaşma əldə edilənə və ya onlar tam təslim olana qədər belə davam edəcək", - Tramp vurğulayıb.
Ağ Ev rəhbəri əlavə edib ki, İran bunu etiraf etmək istəsə də, istəməsə də, əslində, onilliklərdir onların yaratdığı problemin həllindən söhbət gedir: "Məsələ sadədir, İranın heç vaxt nüvə silahı olmayacaq”.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















