ABŞ
ABŞ-dan Rusiyaya yeni sanksiyalar
Vaşinqton administrasiyası Rusiya Müdafiə Nazirliyinin strukturlarına və fiziki şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlər görüb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Federal Reyestrdə bildiriş dərc olunub.
Bu addım kütləvi qırğın silahlarının (KQS) yayılmaması haqqında daxili qanunvericiliyin pozulduğu iddiası ilə atılıb. Belə ki, sanksiyalar siyahısına Rusiya Quru Qoşunları, Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsi, Qabaqcıl Xidmətlərarası Tədqiqatlar və Xüsusi Layihələr İdarəsi, eləcə də digər qurumlar və şirkətlər daxil edilib. Siyahıda bir sıra fiziki şəxslərin də adı var.
İran, Şimali Koreya və Suriya ilə bağlı tətbiq edilən məhdudiyyətlər ABŞ-ın federal agentliklərinə həmin qurum və şəxslərdən mal, texnologiya və xidmət almağı, eləcə də onlara hər hansı dəstək göstərməyi qadağan edir. İki il müddətinə qüvvədə olan sanksiyalar çərçivəsində hərbi məhsulların tədarükü və lisenziyalaşdırılması da dayandırılır.
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















