ABŞ
Dahi alim dünyanın ən gənc professoru oldu
Florida sakini Natan Tomas tarixdə ən gənc professor kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Publika.az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Natan Tomas Mayami-Deyd kollecində 18 yaş 346 günlük olarkən mühəndislik fənlərini tədris etməyə başlayıb. Bu, əvvəlki dünya rekordundan 16 gün tez baş tutub. Beləliklə, Tomas 2008-ci ildə amerikalı Aliya Saburun müəyyənləşdirdiyi nailiyyəti üstələyərək cinsindən asılı olmayaraq ən gənc professor olub, həmçinin şotlandiyalı riyaziyyatçı Kolin Maklorinin 1717-ci ildən bəri 300 ildən çox qüvvədə qalan rekordunu da yeniləyib.
Tomasın sözlərinə görə, yaş heç vaxt problem olmayıb, baxmayaraq ki, onun bəzi tələbələri müəllimdən böyük idilər.
"İnsanlar oxumağa gələndə yaş artıq əhəmiyyət kəsb etmir. Əsas olan bilik əldə etmək istəyidir", - O qeyd edib.
Natanın qeyri-adi qabiliyyətləri hələ uşaq ikən üzə çıxıb. 14 yaşında o, riyaziyyat ixtisası üzrə dərəcə alaraq Mayami-Deyd kollecinin ən gənc məzunu olub. Daha sonra o, Florida Beynəlxalq Universitetini bitirərək, eyni zamanda elektrotexnika üzrə bakalavr və magistr dərəcələri alıb.
Tomasın özü etiraf edib ki, o, ən çox mürəkkəb mövzunun tələbə üçün aydınlaşdığı anı sevir.
"Ən xoşməramlı hal insanın hər şeyi birdən-birə vahid mənzərədə birləşdirdiyini görməkdir. Bu, tədrisdə ən gözəl anıdır", - Tomas əlavə edib.
Hüseyn İbadlı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















