ABŞ
Trampın helikopteri təyyarə ilə toqquşa bilərdi: İranın əli var? - Hadisə araşdırılır
ABŞ-da prezident Donald Trampı daşıyan "Marine One" helikopterinin Ağ Evdən havaya qalxması zamanı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı araşdırmaya başlanılıb.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə avqustun 4-də baş verib. Trampın helikopteri Ağ Evdən havaya qalxarkən hava hərəkətinə nəzarət dispetçerləri yaxınlıqdakı Ronald Reyqan adına Vaşinqton Milli Hava Limanında kommersiya reyslərini müvəqqəti dayandırmayıblar. Halbuki bu prosedur ötən ilin yanvarında sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasından sonra məcburi qayda kimi tətbiq edilib.
ABŞ Federal Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırma aparır. Qurum hesab edir ki, Trampın helikopteri ilə eyni vaxtda havaya qalxan kommersiya təyyarəsi arasında minimal təhlükəsizlik məsafəsi pozula bilərdi.
Bununla belə, qurumun sözçüsü bildirib ki, iki hava gəmisi təhlükəli şəkildə yaxınlaşmayıb və aralarındakı məsafə müəyyən olunmuş normadan aşağı düşməyib. Bu səbəbdən hadisə ciddi aviasiya insidenti kimi qiymətləndirilməyib.
Müəllif: Adəm
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















