ABŞ
Senator olmaq istəyən ukraynalı həbs olundu - Çimərlikdəki hədə 1 milyona başa gəldi - VİDEO
ABŞ Konqresinin Nümayəndələr Palatasına Demokratlar Partiyasından namizəd, əslən ukraynalı olan Kirill Basin Havay adalarında həbs edilib.
Publika.az xəbər verir ki, bu barədə "Honolulu Civil Beat" portalı məlumat yayıb.
Hadisə Maui adasındakı Keavakapu çimərliyində baş verib. Bildirilir ki, istirahət edən 61 yaşlı şəxs Basindən musiqinin səsini azaltmağı xahiş edib. Bundan sonra namizəd onun üzərinə qışqıraraq odlu silahı olduğunu bildirib və qarşı tərəfin həyat yoldaşını güllələməklə hədələyib.
Mübahisə davaya çevrilib. Hadisəyə müdaxilə edən şəxsə də bıçaq çəkən Basin ətrafdakıları da hədələyib. Daha sonra isə bıçağı okeana ataraq hadisə yerindən uzaqlaşıb.
Ona qarşı birinci dərəcəli ölümlə hədələmə maddəsi ilə iki epizod üzrə ittiham irəli sürülüb. Məhkəmə onun zaminə buraxılması üçün 1 milyon dollar məbləğində girov müəyyən edib.
Məlumata görə, bu, Basinin ilk qalmaqalı deyil. O, may ayında da iki dəfə polis tərəfindən saxlanılıb. İlk dəfə ictimai asayişi pozduğu, ikinci dəfə isə Maui dairə administrasiyasının binasında əməkdaşlarla qalmaqal yaradaraq odlu silah nümayiş etdirdiyi üçün.
Adəm
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)















