ABŞ
ABŞ Ukraynaya 150 milyon dollarlıq hərbi yardımı təsdiqlədi
ABŞ Müharibə Nazirliyi (DOD) Ukraynaya 150 milyon ABŞ dolları məbləğində hərbi yardımın ikinci hissəsini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski "X"də bildirib.
"Tərəfdaşlarımızdan (red: ABŞ) mühüm xəbər. DOD 2021-ci ildə ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımlarının ikinci hissəsi kimi 150 milyon dolları təsdiqlədi. Əsgərlərimizin həyatının xilas edilməsinə və Ukrayna ordusunun imkanlarının gücləndirilməsinə verdiyi bu mühüm töhfəyə görə Ağ Evə minnətdaram", - Zelenski yazıb.
Bu vəsait Ukrayna Silahlı Qüvvələrinə ölkənin ərazi bütövlüyünü qorumaqda, sərhədləri müdafiə etməkdə və NATO ilə qarşılıqlı fəaliyyət qabiliyyətini yaxşılaşdırmaqda kömək etmək üçün təlimə, avadanlığa və məsləhətlərə xərclənməlidir.
İyunun 11-də Pentaqonun mətbuat katibi Con F. Kirbi bildirib:
"Paketə əks-artilleriya vasitələri, radarlar, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri və təhlükəsiz rabitə kimi imkanlar daxildir".
Qeyd edilib ki, bu yeni paket mart ayında elan edilmiş 125 milyon dollarlıq paketi tamamlayacaq.
ABŞ Müharibə Nazirliyinin (DOD) rəsmi saytında qeyd olunub ki, Milli Müdafiə Səlahiyyətləri Aktının tələb etdiyi kimi, Ukrayna cari ildə müdafiə islahatlarında kifayət qədər irəliləyiş əldə edib.
"Müdafiə Nazirliyi və Dövlət Departamentindəki həmkarları Ukraynanın müdafiə islahatlarında irəliləyiş əldə etdiyini təsdiqləyiblər ki, bu da paketin irəliləməsinə imkan verib", - sənəddə deyilir.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)















