ABŞ
Nüvə münaqişəsi riskinin artması ilə bağlı xəbərdarlıq edildi
Amerika taktiki nüvə silahının tətbiqi imkanlarının genişləndirilməsi nüvə münaqişəsi ehtimalını artıra bilər.
Publika.az xəbər verir ki, belə xəbərdarlıqla Silahlara Nəzarət Assosiasiyası çıxış edib.
Daha əvvəl "NBC" telekanalı Pentaqonun yeni nüvə strategiyası hazırladığı barədə məlumat yayıb. Sənəddə Rusiya və ya Çinlə regional münaqişə zamanı daha az mənzilli taktiki silahın mümkün tətbiqinə xüsusi vurğu edilə bilər.
Silahlara Nəzarət Assosiasiyasında hesab edirlər ki, bu cür hərəkət variantlarının sayının artırılması ABŞ-ın nüvə silahına malik digər dövlətlərlə münasibətlərini daha da mürəkkəbləşdirəcək.
Ekspertlər vurğulayıblar ki, mövcud nüvə çəkindirmə sistemi onsuz da kövrəkdir. Onların qiymətləndirməsinə görə, taktiki silahın tətbiqi ssenarilərinin mümkün genişləndirilməsi nüvə müharibəsinin başlama riskini əlavə olaraq artıracaq.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)















