ABŞ
Uduşlu bilet "yandı" - 1 milyon dollar göyə sovruldu
ABŞ-ın Texas ştatında lotereya bileti üzrə tələb olunmamış uduşun alınması müddəti başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə "MySanAntonio" nəşri məlumat yayıb.
Bilet ştatın paytaxtı Ostinin qərbində yerləşən "Circle K" şəbəkəsinin mağazasında satılıb. Fevralın 2-də keçirilən "Powerball" lotereyasının tirajında onun sahibi beş ədədin hamısını taparaq bir milyon dollar qazanıb. Qalibin vəsait üçün müraciət etməsi üçün altı ay vaxtı olub. Lakin o, bunu etməyib.
İyulun sonunda Texas Lotereyasının nümayəndələri qalibin pulu itirmək təhlükəsi ilə üzləşdiyi son tarixin yaxınlaşması barədə xəbərdarlıq etmişdilər. Uduşu şəxsən iyulun 31-də saat 17:00-dək istənilən verilmə məntəqəsindən götürmək mümkün idi. Tələb olunmamış mükafatlar Texas büdcəsinə qaytarılır və ştatın qanunvericilik orqanı tərəfindən təsdiq edilmiş proqramlara yönəldilir.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)















