ABŞ
ABŞ-ın silah ehtiyatı tükəndi - Trampın yeni hücum planı təhlükə altındadır
ABŞ Silahlı Qüvvələrinin silah ehtiyatları İranla münaqişədən sonra kritik həddə qədər azalıb. Bu vəziyyət prezident Donald Trampın gələcəkdə İrana qarşı yeni zərbələr endirmək planlarına təsir göstərə bilər.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
ABŞ-ın "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatı üçdə iki, "THAAD" sistemləri üçün isə iki dəfə azalıb. Bundan başqa, "ATACMS" və "PrSM" raketlərinin də ehtiyatlarının kritik səviyyəyə endiyi bildirilir.
Bundan əvvəl CNN ABŞ-ın "THAAD" sistemləri üçün nəzərdə tutulan raketlərin təxminən 80 faizini, "Patriot" raketlərinin isə yarısını istifadə etdiyini yazmışdı. "The Washington Post" isə avqustun 5-də Trampın Pentaqon rəhbərliyindən silah çatışmazlığı ilə bağlı izahat tələb etdiyini bildirmişdi.
Donald Tramp sonradan bu məlumatları təkzib etsə də, "ABC News"un mənbəsi ABŞ-ın silah ehtiyatlarında həqiqətən də ciddi çatışmazlıq yarandığını təsdiqləyib.
Pentaqon məsələ ilə bağlı rəsmi şərh verməyib. Bildirilir ki, administrasiya vəziyyəti müzakirə edir və silah ehtiyatlarının azalması ABŞ-ın gələcək hərbi strategiyasına təsir göstərə bilər.
Məlumata görə, Vaşinqton artıq silah ehtiyatlarının bərpası üçün əlavə maliyyə vəsaiti ayrılmasını istəyib. Pentaqon isə hələ iyun ayında bu vəziyyətin ölkənin müdafiə qabiliyyəti üçün risk yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.
Müəllif: Adəm
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)















