ABŞ
Tramp 100 illik ənənəyə meydan oxudu: Statistikaya rəğmən qalib gələcəyik!
ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərində qalib gələcəyinə ümid etdiyini bildirib.
Publika.az xəbər verir ki, o, partiyanın əleyhinə işləyən əsas amilin son 100 ilin siyasi ənənəsi olduğunu deyib.
Trampın sözlərinə görə, ABŞ tarixində hakim prezidentin partiyası son yüz ildə demək olar ki, bütün aralıq seçkilərində məğlub olub. Buna baxmayaraq, o hesab edir ki, administrasiyasının əldə etdiyi nəticələr respublikaçıların qələbəsinə kömək edəcək.
ABŞ lideri uğurlar sırasında vergilərin azaldılmasını və ölkənin hərbi gücünün artırılmasını qeyd edib. O, demokratların isə uğursuz namizədlər səbəbindən mövqelərini zəiflətdiklərini iddia edib.
Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Siyasi ekspertlər respublikaçıların mümkün məğlubiyyətini İranla müharibənin yaratdığı narazılıq və qiymət artımı ilə əlaqələndirirlər.
Buna baxmayaraq, Ağ ev nikbin mövqeyini qoruyur. Lakin son sorğular Tramp administrasiyasına dəstəyin azaldığını göstərir.
Müəllif: Adəm
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi























.jpg)















