ABŞ
Məhkəmədən qərar: Trampın bal zalının inşası dayandırıldı
Avqustun 7-də ABŞ-ın federal apellyasiya məhkəməsi Prezident Donald Trampın Ağ Evdə tikdirmək istədiyi böyük bal zalının inşasını dayandırıb.
Publika.az xəbər verir ki, məhkəmə apreldə çıxarılmış tikintinin dayandırılması barədə qərarı qüvvədə saxlayıb və hökumətə Ali Məhkəməyə müraciət etmək üçün 14 gün vaxt verib.
Bildirilib ki, qərarın səbəbi Tramp administrasiyasının işlərə Konqresin razılığı olmadan başlamasıdır.
"Ağ Evi – xalqın evini – prezidentin şəxsi istəklərinə uyğun şəkildə yenidən layihələndirmək, dəyişdirmək və yenidən tikmək üçün məhdudiyyətsiz səlahiyyəti yoxdur", - məhkəmənin qərarında deyilib.
Məsələyə reaksiya verən Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib ki, qərardan dərhal ABŞ Ali Məhkəməsinə şikayət verəcəklərini bildirib. Onun sözlərinə görə, Ordu və Məxfi Xidmət bu qərarı siyasi motivli və qanunsuz hesab edir.
O, sözügedən layihənin şəxsi arzusu olmadığı, milli təhlükəsizlik baxımından vacib olduğu ilə bağlı iddiasını yeniləyib və binada pilotsuz uçuş aparatları üçün platforma, eləcə də digər hərbi avadanlıqların quraşdırılmalı olduğunu vurğulayıb.
Qeyd edək ki, layihənin 400 milyon dollara başa gələcəyi bildirilirdi.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ






















.jpg)















