ABŞ
Rubiodan SÜLH AÇIQLAMASI: "ABŞ Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışaraq..."
"Vaşinqtonda Ermənistan və Azərbaycan tərəfindən birgə bəyannamənin imzalanmasından ötən bir il ərzində razılaşmaların icrasında əhəmiyyətli irəliləyiş qeydə alınıb, o cümlədən Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) yaradılıb".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio bildirib.
Rubionun sözlərinə görə, bir il əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edərək, Cənubi Qafqazda onilliklərlə davam edən münaqişəyə son qoyan və yeni nəqliyyat layihəsinin əsasını qoyan həmin sənədin imzalanma mərasimində iştirak etmişdi.
"Son 12 ay ərzində ABŞ Ermənistan və Azərbaycanla çiyin-çiyinə çalışaraq bu vədi real irəliləyişə çevirib", – deyə Rubionun bəyanatında qeyd olunur.
O vurğulayıb ki, dəmir yolu, avtomobil yolu, energetika və rəqəmsal infrastrukturların modernləşdirilməsini nəzərdə tutan TRIPP tədricən reallığa çevrilir. Ermənistanda artıq dəmir yolu sahəsinin mühəndis-tədqiqat işlərinə başlanılıb, Azərbaycan isə Ermənistanın infrastrukturu ilə birləşəcək avtomobil və dəmir yollarının tikintisinin başa çatdırılması mərhələsindədir.
Rubio həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində özəl sərmayələri stimullaşdırmaq məqsədilə yaradılmış Transxəzər Sahibkarlıq Fondunun (Trans-Caspian Enterprise Fund) fəaliyyətə başladığını elan edib. Fondu bu yaxınlarda seçilmiş Direktorlar Şurası idarə edir, onun kapitallaşması ABŞ hökumətinin vəsaitləri hesabına 201 milyon dollar təşkil edib.
"Sülh ABŞ, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək münasibətlərin gücləndirilməsi üçün yol açıb", – deyə dövlət katibi bildirib.
Onun sözlərinə görə, TRIPP təkcə infrastruktur layihəsi deyil, həm də ABŞ və digər ölkələr üçün ticarət imkanlarını genişləndirməyə qadir olan Transxəzər ticarət marşrutunun (Orta dəhliz) mühüm halqasıdır.
"Sülh və rifah bir-birini qarşılıqlı şəkildə gücləndirir", – deyə Rubio vurğulayıb, iqtisadi əməkdaşlığı isə uzanmış münaqişələrin tənzimlənməsindən sonra sülhün möhkəmləndirilməsi modeli adlandırıb.
Dövlət katibi əmin edib ki, Vaşinqton əldə olunmuş razılaşmaların möhkəmləndirilməsi və Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün təşviq edilməsi istiqamətində İrəvan və Bakı ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:31Baş nazir qərar imzaladı
-
Maraq dünyası13:40Maskın 78 yaşlı anası qarajda yatır: Başının üstündəki dama şükür edir - FOTO
-
ABŞ12:10Trampın sərvəti açıqlandı: Görün əsas gəlir mənbəyi nədir
-
Nida Xəbər 11:55Gürcüstanda əsgərlik şərtləri: 6 ay xidmət, 560 dollar maaş və...
-
Rəsmi xronika11:38İlham Əliyev bu şəxsləri "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı: Ölənlər var - Anbaan VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO










.jpg)




.jpg)


















.jpg)


