ABŞ
Vensdən İrana KRİTİK MESAJ: "Vaşinqton oyunun ortasındadır"
"Vaşinqton İranla müharibədə "oyunun ortasındadır" və hələlik münaqişəni başa çatmış hesab etmir".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" telekanalına müsahibəsində bildirib.
Vensin sözlərinə görə, hazırda ABŞ ilk növbədə Hörmüz boğazı vasitəsilə neft və qaz tədarükünün maksimum həcmdə bərpasına diqqət yönəldib. Eyni zamanda, Vaşinqton İranla danışıqlar aparır və iki ölkə arasında münasibətlərin yaxşılaşmasına imkan verəcək uzunmüddətli dəyişiklikləri Tehrandan əldə etməyə çalışır.
"Əgər geriyə baxsaq və burada nəyə nail olduğumuzu xatırlasaq, biz İranın nüvə proqramını məhv etmişik, onun adi silahlı qüvvələrini darmadağın etmişik və asimmetrik mübarizə aparmaq imkanlarını əhəmiyyətli dərəcədə azaltmışıq", – deyə ABŞ-ın vitse-prezidenti bildirib.
O qeyd edib ki, hazırda ABŞ İranın Vaşinqtonla daha sabit münasibətlər qurmaq üçün zəruri olan dəyişikliklərə getməyə hazır olub-olmadığını müəyyənləşdirməyə çalışır. Eyni zamanda, vitse-prezidentin sözlərinə görə, əgər Tehran imtina edərsə, ABŞ ona qarşı təzyiqləri davam etdirəcək.
"Biz sadəcə olaraq ixtiyarımızda olan təzyiq vasitələrini tətbiq etməyə davam edəcək və Yaxın Şərqdən mümkün qədər çox neft və qaz tədarük olunmasına nail olacağıq ki, amerikalılar daha aşağı yanacaq və enerji qiymətlərindən yararlana bilsinlər", – deyə Vens bildirib.
ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, hərbi əməliyyat Vaşinqtonun istifadə etdiyi alətlərdən yalnız biridir.
"Mən insanlara xatırlatmağa çalışıram ki, biz həqiqətən də oyunun ortasındayıq. Bu hələ son deyil. Aydındır ki, biz artıq başlanğıcda deyilik – biz oyunun ortasındayıq və amerika xalqı üçün ən yaxşı nəticəni təmin etmək məqsədilə diplomatik, iqtisadi və hərbi olaraq bir sıra alətlərdən istifadə edirik", – deyə Vens bildirib.
O əlavə edib ki, ABŞ-ın qarşısında duran məqsədlərin reallaşacağına əmindir, lakin bunun üçün cari səylərin davam etdirilməsi tələb olunacaq.
Hüseyn İbadlı
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ























.jpg)















